Ay bəri bax

Vikimənbə saytından
Ay bəri bax
Müəllif: Xalq mahnısı
Mahnının tam mətni Həmid Araslının redaktəsi altında nəşr edilən "Azərbaycan klassik ədəbiyyat kitabxanasının" 1-ci tomunda (Bakı, 1982) çap edilmişdir (s. 444).


Pəncərədən daş gəlir,
Ay bəri bax bəri bax.
Xumar gözdən yaş gəlir,
Ay bəri bax bəri bax.
Səni mənə versələr,
Ay bəri bax bəri bax.
Hər görənə xoş gəlir,
Ay bəri bax bəri bax.

Pəncərənin milləri,
Ay bəri bax bəri bax.
Аçılıb qızıl gülləri,
Ay bəri bax bəri bax.
Oğlanı yoldan eylər,
Ay bəri bax bəri bax.
Qızın şirin dilləri,
Ay bəri bax bəri bax.

Pəncərəni bağlama,
Ay bəri bax bəri bax.
Mən gedirəm ağlama,
Ay bəri bax bəri bax.
Gedib yenə gələrəm,
Ay bəri bax bəri bax.
Özgəyə bel bağlama,
Ay bəri bax bəri bax.